İsveçin baş naziri Fələstin-İsrail münaqişəsinin yalnız beynəlxalq hüquqa uyğun olaraq həll olunmasını vacib sayıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu haqda Reuters agentliyi xəbər verib.
“İki dövlət haqqında qərar qarşılıqlı tanınmanı və sülh içində yaşamanın arzusunu tələb edir. Beləliklə, İsveç Fələstin dövlətini tanıyır”, - Leven bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada bildirib ki, hər bir razılıq İsrailin təhlükəsizliyini təmin etməli, “Həmas”ın İsrailə qarşı raket hücumlarına son qoymalıdır.
Fələstinli qanunverici Mustafa Barquti İsrailin Qəzzanın 8 illik blokadasına qon qoymasını tələb edib.
Hazırkı atəşkəs “Həmas”la İsrail arasında 3-cü atəşkəsdir.
Bir aydan artıqdır davam edən qarşıdurmalar nəticəsində əksəriyyəti fələstinli mülki vətəndaşlar olmaqla, 2000-dən artıq insan həlak olub.