Londonun İqtisadiyyat və Sülh İnstitutu 163 ölkənin təhlil edildiyi illik “Qlobal sülhsevərlik indeksi”ni (“Global Peace Index”) dərc edib.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, alimlər tədqiqat zamanı bu dövlətlərdə iqtisadi və siyasi sabitliyi, insan haqlarına riayəti, terror təhdidi və silahlı münaqişələri nəzərə alıblar.
İslandiya artıq doqquzuncu dəfədir sülhsevər ölkələrin siyahısında lider olur. Daha sonra siyahıda Yeni Zelandiya, Portuqaliya, Avstriya və Danimarka yer alır. Azərbaycan 2016-cı ildə reytinqdə 134-cü yeri tutub.
Siyahının autsayderi Suriya olub. Ondan daha yüksək pillələrdə Əfqanıstan, İraq, Cənubi Sudan və Yəmən yer alıb.
İndeksə görə, mənfiyə doğru gözəçarpacaq dəyişikliklər Şimali Amerikada baş verib, ABŞ 11 pillə geriləyərək 114-cü yerdə qərarlaşıb. Avropa ən dinc region olaraq qalır.
N.O.
www.oxu.az