“Beynəlxalq Ordu Oyunları – 2017” (“ArMİ-2017”) gələn ilin 29 iyul-12 avqust tarixlərində keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsev konfransda bəyan edib.
Onun sözlərinə görə, tərkibinə 23 mövcud və 5 yenisi daxil olmaqla 28 beynəlxalq müsabiqənin keçirilməsi təklif olunur.
“ArMİ-2017” beş dövlətin ərazisində (Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çin) keçiriləcək.
Azərbaycan suüstü gəmilərin heyət üzvləri arasında “Dəniz kuboku” müsabiqəsini təşkil edəcək.
General-leytenant İvan Buvaltsev qeyd edib ki, yarışlarda iştirak üçün Asiya, Amerika, Afrika və Avropanın 70-dən çox ölkəsinə dəvət göndərilib.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, ənənəvi olaraq oyunların açılış mərasimi Rusiya Federasiyası Silahlı Qüvvələrinin “Patriot” Hərbi-vətənpərvər mədəniyyət və istirahət parkında və “Alabino” poliqonunda, Podmoskovyedə keçiriləcək.
N.O.
www.oxu.az