Bağdadda oğurlanan amerikalı jurnalist Şelli Kittlson İraqın mərkəzi hissəsində yerləşən Babil vilayətinə aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Shafaq News" İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, jurnalist oğurlandıqdan sonra başqa avtomobilə mindirilərək aparılıb.
Məlumata görə, saxlanılan şübhəlilərdən biri təhlükəsizlik strukturları ilə əlaqəli olub və ehtimal ki, jurnalistin mühafizə qrupunda yer alıb. Qaçırılma zamanı baş verən avtomobil qəzası nəticəsində Kittlson xəsarət alıb. Qəza səbəbindən oğurlayanlar onu başqa maşına köçürmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Şelli Kittlson uzun illərdir İraqda çalışır və yerli silahlı qrupların fəaliyyəti, eləcə də İraq hökuməti ilə ABŞ arasındakı münasibətləri işıqlandırır.
İraqın paytaxtı Bağdadda amerikalı jurnalist Şelli Kittlson oğurlanıb.
Oxu.Az xəbər verir ki, məlumatı 9tv.co.il yayıb.
Qeyd olunub ki, silahlı şəxslər şəhərin mərkəzində jurnalistin avtomobilini saxlayaraq, onu maşından çıxarıb və hadisə yerindən uzaqlaşıblar.
İraq Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyib. Bildirilib ki, təqibdən sonra bir şübhəli saxlanılıb, digər şəxslərin axtarışı davam edir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.