Türkiyənin Balıkesir bölgəsində yenə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, AFAD Sındırğı rayonunda 4,9 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Qeyd olunur ki, yerli vaxtla saat 21:20-də (Bakı vaxtı ilə saat 22:20-də - red.) Yer səthinin 9.64 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə də hiss edilib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) November 10, 2025
Büyüklük:4.9 (Mw)
Yer:Sındırgı (Balıkesir)
Tarih:2025-11-10
Saat:21:20:51 TSİ
Enlem:39.23889 N
Boylam:28.145 E
Derinlik:9.64 km
Detay:https://t.co/hST7BFelod@afadbaskanlik @trthaber @anadoluajansi
Türkiyənin Balıkesir bölgəsində bu gün daha iki zəlzələ qeydə alınıb.
Oxu.Az AFAD-a istinadən xəbər verir ki, Sındırgı rayonunda yeraltı təkanlar 4.4 və 3.7 bal gücündə olub.
Zəlzələnin təxminən yeddi kilometr dərinlikdə baş verdiyi bildirilir.
Yeraltı təkanlar İzmir və İstanbulda da hiss edilib.
Dağıntı və itki barədə məlumat verilməyib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) November 10, 2025
Büyüklük:3.7 (Ml)
Yer:Sındırgı (Balıkesir)
Tarih:2025-11-10
Saat:10:02:36 TSİ
Enlem:39.23972 N
Boylam:28.12972 E
Derinlik:7 km
Detay:https://t.co/AY2CwOry8Y@afadbaskanlik @trthaber @anadoluajansi
Türkiyənin Balıkesir bölgəsində noyabrın 10-a keçən gecə dalbadal iki güclü zəlzələ baş verib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sındırgı rayonunda gecə baş verən 4.5 bal gücündə zəlzələ səhər saatlarında eyni maqnitudada növbəti təkanla müşayiət olunub.
Hər iki zəlzələnin episentrinin Sındırgı olduğu müəyyən edilib.
Əsas təkanlardan sonra bölgədə 3.9, 3.6 və 3.4 bal gücündə afterşoklar qeydə alınıb. Yeraltı təkanlar Balıkesir şəhər mərkəzi, Bursa və ətraf vilayətlərdə hiss olunub.
Yerli rəsmilər bölgədə baş verən zəlzələlərdən sonra vətəndaşları ehtiyatlı olmağa çağırıb.
İtki və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.