Qüdsün Məbəd dağında Qurban bayramıni qeyd etməyə toplaşan müsəlmanlarla yəhudilər arasında toqquşma baş verib.
“The Jerusalem Post” xəbər verir ki, ibadətgahın önünə toplaşan yəhudilərlə müsəlmanlar arasında mübahisə yaranıb.
Bunun qarşısını almaq üçün işə polis müdaxilə edib. Hüquq-mühafizə əməkdaşları kütləni dağıtmaq üçün işıq sacan qumbaralardan istifadə ediblər.
Hadisələr nəticəsində 60-dan cox insan xəsarət alıb.
Lakin İbadətgah önünə toplaşan yəhudilərlə bayrama gələn müsəlmanlar arasında çaxnaşma düşüb. Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkun olub.