CAR vətəndaşı və onun ukraynalı nişanlısı Birləşmiş Ərəb Əmirliklərində qanunsuz intim əlaqəyə görə saxlanılıblar. Gəncin anası onların buraxılması üçün yalvarır və bildirir ki, cütlüyün yeganə cinayəti bir-birinə aşiq olmalarıdır.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
27 yaşlı İrina Noqay qarın nahiyəsində ağrılardan həkimə şikayət edib. Qızın hamilə olduğu üzə çıxdıqdan sonra həm İrina, həm də onun 29 yaşlı sevgilisi Emlin Kalvervel saxlanılıb.
Cütlük BƏƏ-də qanunsuz hesab edilən nikahdankənar seksə görə həbc edilib.
Gəncin anası Linda Kalvervel onları azad etməyi xahiş edib. Qadının sözlərinə görə, onların səhvi yalnız bir-birini sevməkdir.
CAR Xarici İşlər Nazirliyi bəyan edib ki, cütlüyə yardım edə bilməzlər belə ki, onlar BƏƏ-nin qanunlarını pozublar.
Emlin Kalvervel son beş ildir Birləşmiş Ərəb Əmirliklərində işləyir.
Saxlanılan şəxslərə qarşı hələlik ittiham irəli sürülməyib.
Məhkəmə cütlüyü günahkar bilərsə, onlar uzun müddət həbsxanada qalacaqlar.
N.О.
www.oxu.az