Suriya prezidenti Bəşər Əsəd İranın Khabar TV telekanalına müsahibəsində onun istefası ölkədəki vəziyyəti sabitləşdirəyi təqdirdə bunu etməyə hazır olduğunu bildirib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Bu qərarı Suriya xalqı verməlidir. Mən müxalifətə üz tuturam — əgər siz bu qərarı düzgün hesab edirsinizsə niyə Suriya xalqını razı sala bilmirsiniz? Müvafiq dövlət institutlarına müraciət edin, seçkilər keçirilsin və xalq kimin prezident olmağa layiq görsə, o da seçilsin”, - Bəşər Əsəd deyib.
“Mən bir daha deyirəm, əgər mənim istefam problemin həllidirsə, mən şübhəsiz bunu edəcəyəm”, - Suriya prezidenti qeyd edib.