Fevralın 1-dən Ukrayna bir ay müddətinə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Ukrayna sədrliyinin əsas tədbirləri Avropada münaqişələrin həll edilməsi üzrə yüksək səviyyədə iclasların keçirilməsi və infrastrukturun mühüm obyektlərinə terror hücumlarının qarşısının alınmasına həsr edilmiş açıq debatlar olacaq.
Oxu.Az BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko bildirib.
BMT-nin baş katibi Antoniu Quterriş bildirib ki, Avropada münaqişələrin həlli üzrə yüksək səviyyəli iclasda şəxsən iştirak etmək niyyətindədir.
N.O.
www.oxu.az