Şərqi Hələbdə hərbi əməliyyatlar nəticəsində bir ay ərzində 400 nəfər həlak olub, təxminən 2 min nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə günü BMT-nin baş katibinin müavini Stiven O`Brayen təşkilatın Təhlükəsizlik Şurasında çıxış edərkən bildirib.
O, Suriya münaqişəsinin başlanğıcından - 2011-ci ildən indiyə qədər Hələbdə bombardmanların bu ay ərzində ən intensiv olduğunu bildirib.
“Bu, dəhşətli humanitar nəticələrə gətirib çıxarıb. Mənim bir aydan da az müddət öncə Təhlükəsizlik Şurasında çıxışımdan indiyə qədər Şərqi Hələbdə hərbi əməliyyatlar nəticəsində 400 nəfər həlak olub, təxminən 2 min nəfər yaralanıb, onlardan əksəriyyəti uşaqlardır”, - O`Brayen deyib.
BMT TŞ-nin Suriyada humanitar vəziyyət üzrə sentyabrın 29-da baş tutan iclasında o, dinc əhali arasında 320 nəfərin öldüyünü, 765 nəfərin yaralandığı haqqında məlumat vermişdi. Bu, Hələbdə sentyabrın 22-dən başlayan hərbi əməliyyatın ilk günlərinin göstəriciləri idi.
N.O.
www.oxu.az