Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Boeing”in keyfiyyətsiz detalları ilə bağlı ifşaedici ifadə verən mütəxəssisin meyiti tapıldı - FOTO
“Boeing” istehsalında keyfiyyət standartlarını tənqid edən və məhkəmədə ifşaedici ifadə verən amerikalı mütəxəssis Con Barnettin meyiti tapılıb.
Bu barədə BBC öz mənbələrinə istinadla xəbər verib.
Hüquq-mühafizə orqanları onun ölümünün intihar olduğunu düşünür, belə ki, Barnettin meyiti hotelin dayanacağında avtomobildə tapılıb.
Bildirilir ki, o, 32 il “Boeing”də işləyib, 2017-ci ildə isə təqaüdə çıxıb.
Məlumata görə, Barnett 2010-cu ildən korporasiyanın “Boeing 787 Dreamliner” təyyarəsini istehsal edən Şimali Çarlstondakı zavodunda keyfiyyət meneceri vəzifəsində çalışıb.
Bir müddət əvvəl o, ictimaiyyət qarşısında çıxışında bildirib ki, şirkət əməkdaşları rəhbərliyin təzyiqi altında istehsal xəttində gecikmələrin qarşısını almaq üçün təyyarələrə keyfiyyətsiz hissələri quraşdırmaq məcburiyyətində qalıblar. Bundan əlavə, Barnett “Boeing 787 Dreamliner”də 25% nasazlıq dərəcəsini göstərən oksigen sistemləri olduğunu qeyd edib. Onun sözlərinə görə, bu o deməkdir ki, fövqəladə hallarda hər dördüncü nəfəs maskası işləməyəcək.
Kişi narahatlığını rəhbərliyə bildirdiyini, lakin heç bir tədbir görülmədiyini vurğulayıb.
Təqaüdə çıxdıqdan sonra o, korporasiya ilə uzun bir hüquqi mübarizəyə başlayıb, ölümü ərəfəsində isə məhkəmə dinləmələri üçün Çarlstonda olub.
Rəylər