Boliviyada ağır yol qəzası olub.
Oxu.Az xəbər verir ki, bu barədə "El Andino" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Açakaçi və La-Pas şəhərləri arasındakı magistral yolda baş verib. İki mikroavtobusun toqquşması nəticəsində azı 17 nəfər həlak olub, habelə daha bir neçə nəfər yaralanıb.
Ölənlər arasında 4 yaşlı uşaq da var. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis qəza ilə təhqiqat aparır.
Oxu.Az yeniləndi!