Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:17-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.09 dollar (2.37%) artaraq bir barel üçün 90.19 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 3.87 dollar (4.59%) artaraq bir barel üçün 88.1 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 1.76 dollar (2.13%) artaraq bir barel üçün 84.25 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 3.54 dollar (4.48%) artaraq bir barel üçün 82.49 dollara satılmışdı.