"ABŞ ordusunun hücumlarına baxmayaraq, İran hələ də pilotsuz uçuş aparatları (PUA) və raket ehtiyatlarına malikdir, eyni zamanda müəyyən silah istehsalı potensialını qoruyub saxlayır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp media nümayəndələrinə açıqlamasında deyib.
"Onların müəyyən sayda raketləri var. Bir qədər dronlara sahibdirlər. Həmçinin çox olmasa da, müəyyən istehsal imkanları mövcuddur.
Biz Hörmüz boğazına nəzarət edirik, onlar isə heç nəyə nəzarət etmirlər. Gələcəkdə nə olacağını görəcəyik. Bu gecə İrana yenidən çox sarsıdıcı zərbə endirəcəyik", - deyə Ağ Ev rəhbəri bildirib.