Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Çin səddinin tunellərində minlərlə ballistik raket gizlədilib
Çin Xalq Respublikasının (ÇXR) 5 min km uzunluğunda olan Çin səddinin yeraltı tunellərində 3 min qitələrarası ballistik raket saxladığı ehtimal edilir.
Oxu.Az-ın NEWS.ru-ya istinadən bildirdiyinə görə, bu genişmiqyaslı möhkəmləndirilmiş tunellərin görüntüləri "Weibo" sosial şəbəkəsində paylaşılıb.
Məlumata görə, raketlər strateji arsenalı nüvə zərbələrindən qoruyaraq təhlükəsiz şəkildə saxlanılmasına və daşınmasına imkan yaradır.
Yeraltı tunellərin əsas məqsədi raketlərin atəş komplekslərinin müşahidədən gizlədilməsidir.
Qeyd olunur ki, Çinə hücum halında raketlər xüsusi çıxışlar vasitəsilə tez bir zamanda atıla bilər.
Ölkə rəsmiləri bu məlumatları şərh etməyiblər.
"Çin" teqi üzrə xəbərlər
- Çin Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışladığını açıqlayıb
- Çinin müvəqqəti işlər vəkili: "Azərbaycan Orta Dəhlizdə mühüm nöqtədir"
- Vu Honqbo: "Təhlükəsizlik Şurasının beş daimi üzvü qətnamələrə ikili standartlarla yanaşır"
- Mövlud Çavuşoğlu: "Yeni güclər ortaya çıxmaqdadır və çalışırlar ki, qlobal düzəni dəyişsinlər"
- Pekində İranın nüvə problemi üzrə üçtərəfli görüş keçiriləcək