Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Darvinin məzarı təhqir edildi
"Just Stop Oil" ekohərəkatının fəalları ingilis alimi Çarlz Darvinin Vestminster Abbatlığındakı məzarını narıncı boya ilə yazıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Aksiyada yaşlı iki britaniyalı qadın iştirak edib. Onlar məzar daşının üzərində "1.5 dərəcə ölüb" yazısını həkk ediblər.
"Biz bunu xüsusi olaraq Darvinin məzarı üzərinə yazdıq. O, indi baş verən altıncı kütləvi qırğın barədə bilsəydi, məzarında çevrilərdi", - fəallardan biri deyib.
Qadınlar polis tərəfindən saxlanılıblar.
Qeyd edək ki, "Just Stop Oil" fəalları neft, kömür və qaz hasilatına qarşı çıxırlar, insanların iqlim problemləri haqqında kifayət qədər düşünmədiklərini bildirirlər.
"İqlim dəyişikliyi" teqi üzrə xəbərlər
- Cənub okeanının soyuması paradoksu həll edildi
- Alimlərdən xəbərdarlıq: Everest buzlağının əriməsi milyonlarla insanı susuz qoyacaq
- Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
- Antarktida üzərindəki ozon dəliyi aradan qalxır
- Butan Milli Assambleyasının sədri: "Problemlərin öhdəsindən gəlmək üçün birgə işləməliyik"