Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) seçkinin nəticələri ilə bağlı açıqlama verib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, seçici fəallığının az olmasının Kipr türklərinin iradəsini əks etdirmədiyini bildirən Bağçalı ŞKTR parlamentinin təcili toplanmasının vacibliyini vurğulayıb.
O, bildirib ki, parlament respublikanın Türkiyəyə birləşməsinə qərar verməlidir.