Almaniyanın Düsseldorf şəhərində vağzalda kişi yoldan keçənlərə hücum edərək bir neçə nəfəri yaralayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Spiegel-online” nəşri məlumat yayıb.
Hücum edən şəxsin kimliyi və zərərçəkənlərin sayı dəqiqləşdirilməyib.
Nəşrin müxbiri bildirib ki, yerdə uzanmış yaralı insanları görüb, vağzalda olan insanlar kişinin balta ilə yoldan keçənlərə hücum etdiyini deyiblər.
Polis məlumatı təsdiq etməyib, hadisənin təfərrüatları açıqlanmır.
N.О.
www.oxu.az