Sosial şəbəkədə bahalı avtomobillərdən ibarət toy karvanının görüntüləri yayılıb.
Oxu.Az “Axşam.az”a istinadən xəbər verir ki, Bakıda toylardan birinə gedən karvanda 6-dan çox “Mercedes Gelandewagen” markalı avtomobil olub.
Qeyd edək ki, adıçəkilən avtomobilin orta qiyməti 100 min dollardır. Həmin toy karvanında 6 “Mercedes Gelandewagen” avtomobilinin olduğunu nəzərə alsaq, kortejdəki avtomobillərin ümumi dəyərinin 600 min dollar olduğu ortaya çıxır.
İ.N