Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələ qurbanlarının sayı artıb.
Müvəqqəti Əfqanıstan hökumətində Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-dən çox olub, ən azı 2000 nəfər yaralanıb.
Mənbə: TASS
10:34
Əfqanıstanın ən azı iki min sakini ölkənin qərbində baş verən dağıdıcı zəlzələ və onun sonrakı təkanlarının qurbanı olub.
Bu barədə “Associated Press” radikal “Taliban” hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
İnformasiya və Mədəniyyət Nazirliyinin müvəqqəti Taliban hökumətindəki nümayəndəsi Əbdül Vahid Rayanın sözlərinə görə, Herat vilayətində baş verən zəlzələ nəticəsində təxminən 6 kənd tamamilə dağılıb.
09:26
Əfqanıstanın qərbində şənbə günü baş verən zəlzələdə azı 500 nəfər həlak olub.
Bu barədə Qızıl Ayparanın nümayəndəsi Erfanullah Şərəfzoi məlumat verib.
Daha əvvəl Əfqanıstanın Herat əyalətində təbii fəlakətlərlə mübarizə idarəsinin əməkdaşı təxminən 120 nəfərin öldüyünü və 1000-dən çox insanın yaralandığını bildirmişdi.
Mənbə: TASS