Əfqanıstanda amerikalı hərbçilərin güclü nüvə bombasının tətbiqi nəticəsində “İslam dövləti” terror qruplaşmasının ən azı 36 yaraqlısı ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əfqan hökumətinin rəsmi bəyanatında bildirilir.
Bu ərəfədə Vaşinqton “İslam dövləti” terror qruplaşmasının Nanqarxar əyalətinin Açin rayonundakı yerli qolunun tunel kompleksinə aviazərbələr endirib.
Burada “bütün bombaların anası” adlanan GBU-43 güclü fuqas bombası (onun çəkisi 9,5 tondan çoxdur) da tətbiq edilib.
N.О.