Əfqanıstanda bir qrup gənc qız qədim çin qaydasız döyüş sənətini öyrənir.
Oxu.Az Reuters-ə istinadən həmin görüntüləri təqdim edir.
Görüntülərdə qarlı dağ başında qılınclarla məşq edən gənc qızları görürük.
Məlumat üçün qeyd edək ki, Əfqanıstanda qadınların idmanla məşğul olmasına nadir hallarda icazə verilir. Görüntülərdə görünən qızlar isə “Hazara” etnik cəmiyyətinin üzvləridir.
“Hazara”lar fars dil qrupuna aid olan şiə əfqanlarıdır. Buna görə də, Əfqanıstandakı digər dini təriqətlərdən fərqli olaraq onlarda daha liberal qaydalar hökm sürür.
İsmayıl Nur