İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünyanın 35 inkişaf etmiş ölkəsində vergi yükü ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, ilk onluqda Almaniya (49,4%), Macarıstan (48,2%), Fransa (48,1%), İtaliya (47,8%), Avstriya (47,1%), Finlandiya (43,8%), Çexiya (43%), İsveç (42,8%) və Sloveniya (42,7%) qərarlaşıb.
Araşdırmaçılar ən az vergi yükünün isə Çili (7%), Yeni Zelandiya (17,9%) və Meksikada (20,1%) olduğunu müəyyənləşdirib.
N.О.
www.oxu.az