Türkiyənin 11-ci prezidenti Abdullah Gülün oğlu Əhməd Münir Gülün evlənib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Hacettepe” universiteti Tibb fakultəsinin son kursunda təhsil alan Əhməd Münir Gül və Ayşə Zəhra Karadere cütlüyünün toyunda 500-ə yaxın qonaq olub.
Cütlüyün nigahında bəyin şahidləri prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və parlamentin spikeri İsmət Yılmaz, gəlinin şahidi isə dayısı Məhərrəm Ceylan oldu.
Mərasim Quran kitabının oxunması ilə başlayıb. Sonda isə qonaqlara nigah şəkəri əvəzinə İslam peyğəmbəri Həzrəti Muhammədin (əs) simasının anladıldığı “Hilyəyi Şərif” paylanıb.