Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənistan parlamentində müxalifətin çağırdığı növbədənkənar iclas baş tutmayıb
Ermənistan Milli Assambleyasının parlament müxalifətinin təşəbbüsü ilə keçirilən iclası baş tutmayıb.
Qeyd olunub ki, hakim "Mülki müqavilə" fraksiya deputatlarının əvvəllər söz verdiyi kimi, lazımi kvorumu təmin etməyib.
Xatırladaq ki, müxalifətin "Hayastan" və "Şərəfim var" blokları ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndiribdilər.
Mənbə: Ermənistan KİV
"Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası bu gün keçiriləcək parlamentin növbədənkənar iclasında iştirak etməyəcək".
Bu açıqlama ilə Ermənistanın hakim partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan çıxış edib.
A.Ovannisyan əlavə edib ki, iclas qanunun tələbi ilə çağırılacaq, lakin yetərsay olmadığına görə baş tutmayacaq.
Məlumat üçün əlavə edək ki, növbədənkənar iclasda baş nazir Nikol Paşinyanın istefası müzakirəyə çıxarılacaq.
Mənbə: "Sputnik" Ermənistan
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- KİV: Paşinyan Türkiyəyə gedir
- Paşinyan kilsə ilə qarşıdurmalarda Azərbaycan izi axtaranlara səsləndi
- Paşinyan erməni kilsəsinə yeni katolikosun seçilməsi üçün koordinasiya qrupu yaradır
- Ermənistanda seçkinin vaxtı bilindi: Bəs konstitusiya nə zaman dəyişəcək?
- Ermənistanda qarşıdurmanın yeni mərhələsi: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?