Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasına mane olmaq üçün minlərlə insan etiraz aksiyası keçirəcək.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Etiraz aksiyasının iştirakçıları Trampın andiçmə mərasiminin keçiriləcəyi məkanı və Pensilvaniya-Avenyu boyu 12 keçid məntəqəsini blok etməyə çalışacaqlar.
Bundan başqa, onlar aksiya və yolların bağlanılması yolu ilə ənənəvi inauqurasiya balının keçirilməsinə mane olmaq istəyirlər.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Vaşinqtonda inauqurasiyası zamanı ümumilikdə 27 müxtəlif təşəbbüs qrupu aksiya keçirməyə icazə alıb. Bu daha öncə inauqurasiyalar zamanı verilən icazələrdən 4 dəfə çoxdur.
Trampın inauqurasiyasına 800 min tamaşaçının gələcəyi gözlənilir. Onların təhlükəsizliyini təmin etmək üçün 15 min asayiş keşikçisi cəlb edilib.
N.O.
www.oxu.az