Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Ferdi Tayfurun miras qoyduğu heyrətləndirici sərvəti: Hər uşağına nə qədər pay düşəcək?](https://images.oxu.az/2025/01/07/pHSM6BQRGnNCffC7loamtzEiTSIrKQPBgD3V5Dwf:1200.jpg)
Ferdi Tayfurun miras qoyduğu heyrətləndirici sərvəti: Hər uşağına nə qədər pay düşəcək?
79 yaşında qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun miras qoyduğu sərvətin həcmi ilə bağlı söz-söhbətlər gündəmdən düşmür.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, Ferdi Tayfur özündən sonra 86 mənzil, yeddi villa, Marmarisdə bir yarımada və bir çox daşınmaz əmlak miras qoyub. Onun İstanbul və Adanadakı mənzillər, Türkiyə sərhədləri daxilindəki torpaq sahələri və həyata keçirdiyi işlərdən əldə etdiyi gəlirlər də daxil olmaqla, təxminən üç milyard lirəlik sərvətə sahib olduğu düşünülür. Bu məbləğin isə Tayfurun müxtəlif münasibətlərindən dünyaya gələn beş övladı arasında bölünəcəyi bildirilir. Bu hesablamaya görə, bu sərvətdən hər uşağa 600 milyon lirə pay düşəcək.
Qeyd edilir ki, Ferdi Tayfur Marmarisdə yaşadığı yer üçün həmişə "Cənnətim" ifadəsini işlədirmiş. Bu gün Tayfurun sahib olduğu yarımada bölgədəki daşınmaz əmlak agentləri tərəfindən ən azı 12 milyon dollar dəyərində qiymətləndirilir. Yəni bu ərazinin qiyməti ən azı 400 milyon Türkiyə lirəsidir.
"Ferdi Tayfur" teqi üzrə xəbərlər
- Ferdi Tayfurun vəsiyyətinin detalları açıqlandı: Üç milyard lirəlik sərvətini kimə verib?
- Ferdi Tayfurun dəfnindən heç yerdə yayımlanmayan kadrlar
- Ferdi Tayfurun dəfnində qalmaqal: Söyüş söydülər, mübahisə etdilər
- Ferdi Tayfurun dəfn ediləcəyi tarix məlum oldu: Sənətçinin son görüntüləri yayıldı
- Ferdi Tayfur vəfat etdi
Rəylər