ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) çərşənbə günü, fevralın 1-də Donald Trampın inauqurasiyasından sonra keçirilən ilk iclasında uçot dərəcəsini dəyişməyərək 0,5-0,75% səviyyəsində saxlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə FES-in rəsmi saytında məlumat verilir.
Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.
İnvestorlar hesab edirlər ki, uçot dərəcəsinin növbəti artımı cari ilin iyun ayında baş verəcək.
S.B.
www.oxu.az