Finlandiyanın sabiq müdafiə naziri Stefan Vallin finlandiyalı gey-rəssam Toyko Laaksonun həyatı haqqında “Tom of Finland” filminin motivləri üzrə fotossesiyada iştirak edib.
Oxu.Az Ilta-Sanomat nəşrinə istinadən xəbər verir ki, siyasətçinin şəkli filmin dəstəyi üçün çəkilmiş və premyerada ən çox müzakirə olunan şəkillərdən idi.
49 yaşlı fotossesiya qəhrəmanı, bu təklifə tərəddüd etmədən razılaşdığını bildirib.
Qeyd edək ki, Stefan Vallin Finlandiyada İsveç xalq partiyası fraksiyasının rəhbəridir. Daha öncə o, Ətraf mühit nazirliyinin, eləcə də Mədəniyyət və idman nazirliyinin rəhbəri olub.

N.O.
www.oxu.az