Fransa hökuməti bazar günü keçirilən parlament seçkilərinin nəticələrinə əsasən istefaya gedib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Yelisey sarayının məlumatında bildirilir.
Ölkə başçısı Emmanuel Makron hökumətin istefasını qəbil edib.
Qeyd edək ki, Fransada parlament seçkilərindən sonra hökumətin istefa verməsi qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.
“İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alınaraq ehtimal olunur ki, yeni Nazirlər Kabineti yaxın günlərdə minimal yerdəyişmələrlə qurulacaq.
S.B.
www.oxu.az