Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fransa ordusu Çaddakı son hərbi bazasını tərk etdi
Fransa ordusu Çaddakı son hərbi bazasını tərk edərək, ölkə rəhbərliyinə təhvil verib.
Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, fransız əsgərləri Çadda Fransanın son hərbi obyekti olan Ncamena bazasını tərk edib. Bazanın təhvil verilməsi Fransanın ölkədəki hərbi mövcudluğunun sona çatması deməkdir.
Fevralın 1-də Fransa hərbçilərinin Afrika dövlətini tərk etməsi ilə bağlı Çadda rəsmi mərasim keçiriləcək.
Qeyd edək ki, ötən ilin dekabrında Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini pozan Çad rəhbərliyi fransız qoşunlarının 2025-ci il yanvarın 31-dək ölkəni tərk etmələrini tələb edib.
"Neokolonializm siyasəti" teqi üzrə xəbərlər
- Azər Kərimli: "Fransanın neokolonializm siyasəti humanizmə qarşı elan olunmamış müharibədir"
- Deputat: "Fransa kimi ölkələr hələ də müstəmləkə siyasətini davam etdirir"
- Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb
- Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: "Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə"
- Müstəmləkə siyasəti üzrə mütəxəssis: "Azərbaycan neokolonializmlə mübarizədə misilsiz rol oynayır"