Fransa prezidenti Fransua Olland bəyan edib ki, Marin Le Penin prezident seçkilərində qələbə çalmasına yol verməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Mənim müqəddəs borcum – sonradan onların uğuruna görə, məsuliyyət daşımamaq üçün bu qəbildən proqramı olan insanların Fransada qalib gəlməyəcəklərini təmin etməkdir”, - Olland “Xalq cəbhəsi” partiyasının liderinin qələbə perspektivini şərh edərkən bildirib.
Hazırda sorğunun nəticələrinə görə, 2011-ci ildən “Xalq cəbhəsi” partiyasının lideri olan Le Pen seçicilərin rəğbətini qazananlar arasında liderdir. Ona seçicilərin 27 faizi səs verməyə hazırdır.
Fransada prezident seçkiləri 2017-ci ilin aprel-may aylarında keçiriləcək. Le Pendən başqa dövlət başçısı postu uğrunda mübarizədə “Respublikaçılar” partiyasından Fransua Fiyon və “İrəli!” hərəkatının lideri Emanuel Makron da iştirak edəcəklər.
N.О.
www.oxu.az