Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransa Seneqaldan qoşunlarını çıxarmağa başladı
Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb. Mareşal, Sent-Ekzüperi və Kontr-Admiral Prote bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Seneqo" məlumat yayıb.
Portal öz mənbələrinə istinadən qeyd edir ki, fransız kontingenti sentyabr ayına qədər Seneqalı tamamilə tərk etməlidir.
Xatırladaq ki, son illərdə Fransa Burkina Faso, Mali və Nigerdən bütün hərbi kontingentini çıxarıb. Dekabrın sonunda isə bu siyahıya Çad da əlavə olunub.
"Fransa ordusu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər