Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransada hökumətin istefası ölkənin müdafiə planlarını riskə atdı
"Fransa hökumətinin buraxılması və 2025-ci il üçün təsdiqlənməmiş büdcə respublikanın müdafiə planları və podratçılarla münasibətləri üçün ciddi risklər yaradır".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Politico" öz mənbələrinə istinadla xəbər verib.
Planlara əsasən, Fransanın hərbi büdcəsi 3.3 milyard avro artmalı idi, lakin ölkədəki siyasi böhran bu niyyətləri sual altına alır. Respublikanın silahlı qüvvələr nazirliyinin nümayəndələri bildirirlər ki, müdafiə satınalmalarında gecikmələr büdcə qəbul edilənə qədər davam edəcək. Bundan əlavə, mövcud şəraitdə Müdafiə Nazirliyi yeni işçilər götürə və yeni proqramlar başlada bilmir.
"Bu nə qədər çox davam edərsə, (müdafiə sənayesi üçün) nəticələr bir o qədər ciddi olacaq, bizim kifayət qədər kövrək müdafiə-sənaye bazamız var", - deyə mənbə vurğulayıb.
O əlavə edib ki, dövlətin istehsalçılara sifariş yerləşdirə bilməməsi çətinliklər yaradır. Büdcə problemləri, həmçinin Fransanın müdafiə podratçıları ilə münasibətlərinə xələl gətirə bilər. Qəzetin mənbələrinin sözlərinə görə, yeni büdcənin 2025-ci ilin fevralından əvvəl qəbul edilməsi gözlənilmir.
"Ölkənin Milli Assambleyası (parlamentin aşağı palatası) əvvəlki kimi dərindən parçalanıb və siyasi böhranın nə vaxt həll olunacağı aydın deyil", - deyə nəşrdə qeyd edilib.
Rəylər