Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Le Pen Makronu Fransadakı siyasi böhranın əsas baiskarı adlandırıb
Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Fransa prezidenti Emmanuel Makronu respublikadakı siyasi böhranın əsas günahkarı adlandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, TF1 telekanalına müsahibəsində bildirib.
"Yaranmış vəziyyətə görə əsas məsuliyyəti o daşıyır. Həm parlamentin buraxılması, həm də hökumətə etimadsızlıq Makronun yeddiillik hakimiyyətinin nəticəsidir", - deyə Le Pen qeyd edib.
Onun sözlərinə görə, respublika prezidentinə təzyiq son dərəcə güclü olacaq. O, Makronun mümkün istefasının yalnız özünün qərarından asılı olduğunu vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, Makron bu axşam fransızlara müraciət etmək niyyətindədir.
Xatırladaq ki, Fransa Milli Məclisi çərşənbə günü 2025-ci il üçün dövlət büdcəsinin sosial bölmələrinin parlament xaricində qəbul edilməsinə görə Mişel Barnye kabinetinə etimadsızlıq qətnaməsi qəbul edib. 331 deputat lehinə səs verib. İndi baş nazir istefa verməlidir. Barnyenin hökuməti Beşinci Respublika tarixində ən qısamüddətli hökumət olub: cəmi 90 gün fəaliyyət göstərib.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Rey Bricit Makronun sirlərini açdı: "Fransa liderinin həyat yoldaşı pedofillərə baş çəkib"
- Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək
- Fransa hərbi müdafiə büdcəsini iki dəfə artırır
- Emmanuel Makron Fransada dövlət çevrilişinə hazırlaşır
- Dünya "böyük Afrika müharibəsi"nin astanasında: Fransa qarşıdurmanı qızışdırır
Rəylər