Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Haber Global"ın əməkdaşı Xocalıda olub, soyqırımından danışıb
Türkiyənin "Haber Global" televiziya kanalının əməkdaşı Hasan Uylaş Xocalı soyqırımının 33-cü ildönümündə işğaldan azad edilən Xocalı şəhərinə səfər edib.
Oxu.Az xəbər verir ki, Xocalıdan Türkiyədəki studiya ilə bağlantıya çıxan jurnalist qeyd edib ki, işğaldan əvvəl 11 minə yaxın insanın yaşadığı şəhərin sakinləri soyqırımından qurtulmaq üçün Qarqar çayını keçərək meşəyə tərəf üz tutublar.
Hasan Uylaş bildirib ki, həmin gün meşədə yarım metrə qədər qar olub və dinc sakinlər düşmənə əsir düşməmək üçün çox çətin şəraitdə irəliləmək məcburiyyətində qalıblar.
"Nəticədə aralarında qadın və uşaqların olduğu 613 nəfər Ermənistan işğalının qurbanına çevrilib", - deyə jurnalist qeyd edib.

"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"
- Avropada yaşayan azərbaycanlılar Haaqada etiraz aksiyası keçiriblər
- Koçaryanın ekstradisiyası: Bakı hansı konvensiyaya istinad edə bilər?
- Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana "hərbi əsir" təzyiqi
- Prezident İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"