Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ballıca sakini: "Bir vaxtlar şagird kimi getdiyim məktəbdə indi müəllim kimi çalışıram"
Baku TV "Böyük Qayıdış" proqramı çərçivəsində Xocalının Ballıca kəndinə qayıdan sakinlərlə həmsöhbət olub.
33 il sonra doğma yurduna dönən sakinlər deyirlər ki, kənddə bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün hər cür şərait yaradılıb.
"Ailəm, dörd övladımla birlikdə gəlmişəm. Evimiz-eşiyimiz qaydasındadır. Tezliklə işlə təmin olunacağam. Prezidentlə görüşümüz də yüksək səviyyədə keçdi. Həmin anların yaşanmasına çox şad olduq", - sevinc hisslərini bölüşərkən Xocalı sakini söyləyib.
"Ali Baş Komandana bu sevinci bizə yaşatdığı üçün təşəkkür edirəm. Bir vaxtlar şagird kimi gedib-gəldiyim məktəbdə indi müəllim kimi çalışıram. Sevincimin həddi-hüdudu yoxdur", - başqa bir sakin deyib.
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- İllər sonra öz xilaskarı ilə görüşən Xocalı sakini: "Bir gecədə cəhənnəmi yaşadıq"
- Xronika: "Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq"
- Apteklərdə spirt satışı qadağan edilib? - Həkimdən vacib AÇIQLAMA
- Laçınlılar Su çərşənbəsini qeyd edirlər: Sus sakinləri Novruz ənənələrindən DANIŞDILAR
- 15 nəfəri ölümə aparan spirt satışdan yığışdırılıb? - Xəbərlərin 20:00 buraxılışı