Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ərdoğan İstanbuldakı Rusiya-Ukrayna danışıqlarında İŞTİRAK EDƏCƏK?
Türkiyə Prezidentinin Administrasiyası İstanbulda Rusiya və Ukrayna danışıqlarının proqramı haqqında məlumata malik deyil.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RİA Novosti" öz mənbələrinə istinadla xəbər verib.
"Hər hansı bir proqram haqqında heç bir məlumat yoxdur", - deyə nəşrin həmsöhbəti qeyd edib.
O da qeyd olunub ki, Türkiyə Prezidentinin Administrasiyası Rəcəb Tayyib Ərdoğanın Ukrayna üzrə danışıqlarda iştirak planları barədə məlumata malik deyil.
"Mayın 15-də Türkiyədə keçiriləcək görüşdə Ukrayna ilə bağlı birbaşa danışıqların formatı hələ müəyyən edilməyib".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin XİN rəhbəri Hakan Fidan "TRT Haber" telekanalına müsahibəsində bildirib.
"Danışıqların formatı hələ tam müəyyən edilməyib, lakin biz onların uğurlu olacağına ümid edirik. Biz əvvəldən bu müharibənin tez bir zamanda başa çatmasının tərəfdarı idik", - deyə türkiyəli nazir vurğulayıb.
"Bu gün mən NATO ölkələrinin XİN başçılarının Antalyadakı qeyri-rəsmi görüşü çərçivəsində Ukrayna xarici işlər naziri ilə yenidən görüşəcəyəm. Bizim üçün mümkün qədər tez atəşkəsə nail olmaq və sistemli sülh danışıqlarına başlamaq vacibdir. Əldə etdiyimiz nəticələrdən bir qədər məmnunam. Yəni hər iki tərəf iradə nümayiş etdirir. Niyyətlər çox vacibdir, biz bu müharibəni dayandırmaq istəyirik", - deyə Fidan qeyd edib.
"Rusiya ilə Ukrayna arasında sülh danışıqları" teqi üzrə xəbərlər
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"
- Zelenski: "Ərazilər haqqında danışıqları mən aparmalıyam"
- Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub
- Ərdoğan İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını tarixi addım adlandırdı