Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistan ordusu Hindistanın 12 pilotsuz uçan aparatını vurub
Pakistan ordusu Hindistan tərəfindən buraxılan və ölkənin hava məkanını pozan 12 pilotsuz uçan aparatı vurduğunu bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Straitstimes.com məlumat verib.
İnsident Hindistanın Pakistan ərazisindəki bir sıra hədəflərə zərbələr endirməsi nəticəsində iki nüvə dövləti arasında genişmiqyaslı hərbi qarşıdurma təhlükəsinin yaranmasından cəmi bir gün sonra baş verib.
Pakistan hərbçilərinin nümayəndəsi Əhməd Şərif Çaudxri bildirib ki, Hindistan İsrailin "Harop" dron-kamikadzelərini bir neçə əsas lokasiyaya, o cümlədən Pakistanın ən böyük şəhərləri olan Kəraçi və Lahora hücum etmək üçün yönləndirib. Hazırda araşdırmanın davam etdirilməsi üçün vurulmuş dronların dağıntıları toplanır.
"Hindistan dronları Pakistanın hava məkanına soxulmaqda davam edir... Hindistan bu çılpaq təcavüzün ağır əvəzini ödəməyə davam edəcək", - deyə Çaudxri bildirib.
Hindistan Müdafiə Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisində cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar. Hücum nəticəsində 26 nəfər həlak olub. Hücuma görə məsuliyyəti Pakistandan əraziyə girən Əfqanıstanın "Müqavimət cəbhəsi" qruplaşması öz üzərinə götürüb.
Bu insident fonunda Pakistan və Hindistan arasında münasibətlər gərginləşib. Hindistanın son 65 ildə ilk dəfə Pakistanla su müqaviləsini dayandırmaq qərarı iki nüvə dövləti arasında gərginliyi daha da artırıb. Pakistan rəsmiləri bunu "su müharibəsi" adlandırırlar.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Trampın sülh təşəbbüsləri niyə puça çıxır?
- İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
- Pakistan ordusu: "Hindistan atəşkəsi pozarsa, sərt cavab alacaq"
- Hindistanla Pakistan qoşunları əvvəlki mövqelərə çəkmək barədə razılığa gəliblər
- Hindistanla Pakistan arasında atəşkəs rejiminin bitmə tarixi ilə bağlı AÇIQLAMA