Hindistanlı nazir polisə təcavüzdə şübhəli bilinən şəxslərə işgəncə etməyi və zorladıqları insanlara yalvartmağa məcbur edilmələrinə dair göstəriş verib.
“Təcavüzkarlara onların qurbanlarının gözü qabağında əzab vermək lazımdır, onlar yalvarmağa başlayana qədər bu əziyyət davam etməlidir”, - bu barədə Uttar-Padeş ştatında su resursları naziri Uma Bharti bildirib.
O, 2016-cı ilin iyul ayında bir qadının qızı ilə birgə kütləvi təzavüzə məruz qaldıqlarını xatırlayaraq, həmin hadisədə ədalətin bərqərar olmadığını bəyan edib.
“Təcavüzkarlar ayağından asılmalı, dəriləri soyulana qədər döyülməlidir”, - yerli KİV nazirin sözlərindən sitat gətirib. “Onların yarasına duz və çili bibəri sürtmək, onlar ağrıdan qışqırana qədər bu əziyyəti davam etdirmək lazımdır”, - o, əminliklə bildirib.
Bharti bəyan edib ki, 2003-2004-cü illərdə Madhya-Pradeş ştatının baş naziri olduqda məhz bu üsulu tətbiq edirdi.
O, deyib ki, seksual xarakterli cinayətlər Hindistanda ən çox qeydiyyata alınan cinayətlərdəndir və bu cinayətlər cəmiyyətdə getdikcə artan qəzəbə səbəb olur.
N.O.
www.oxu.az