Adolf Hitlerin şəxsi telefonu ABŞ-da hərracda 243 min dollara satılıb. Hərracı fevralın 19-da Alexander Historical Auctions (Çesapik-Siti, Merilend ştatı) hərrac evi keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hərrac evinin rəsmi nümayəndəsi Andreas Kornfild bildirib.
Hitlerin əmrlərini verdiyi aparatı alan şəxsin adı açıqlanmır.
Lotun qiyməti 200-300 dollardan ibarət idi. Hərrac evində aparatın muzeylərdən birinin alacağına ümid edilirdi, belə ki, insanlar ona baxaraq faşizmin nəticələrinin necə ola biləcəyi barədə düşünə bilərdilər.
Telefon Adolf Hitlerin Berlindəki bunkerində idi və İkinci Dünya müharibəsinin son iki ilində istifadə edilib. Telefonun korpusu qırmızı rəngə boyanmışdı, Svastika və Hitlerin adı ilə bəzədilmişdi. 1945-ci ilin may ayında nasist Almaniyasının kapitulyasiyasından və Hitlerin intiharından sonra sovet hərbçiləri telefonu britaniyalı rabitə zabiti Ralf Reynerə hədiyyə ediblər. 1977-ci ildə zabitin ölümündən sonra telefon irsən onun oğlu Reynulfa keçib.
N.О.
www.oxu.az