Böyük neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb, gəmidə güclü yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ərəb mətbuatı İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib.
İran tərəfinin versiyasına əsasən, tanker Tehranla razılaşdırılmamış marşrutla hərəkət edib. Gəminin göyərtəsində iki milyon bareldən çox neft var.
Hadisə ilə bağlı digər mənbələrdən hələlik heç bir təsdiq gəlməyib.
Qaynar xətt:
(055) 224 12 12