Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən yük gəmisinə zərbə endirilib.
Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində neft tankeri zədələnib.
Məlumata görə, İran qüvvələri gəminin boğazdan Tehran hökumətinin icazəsi olmadan keçməyə cəhd etməsindən sonra ona zərbə endiriblər.
Hadisənin digər təfərrüatı açıqlanmayıb.
İran tankerdə yaralanan şəxslərin təxliyəsini həyata keçirmək üçün bölgəyə gəmi göndərib.
Qaynar xətt:
(055) 224 12 12