Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İkardinin son paylaşımı "Qalatasaray" azarkeşlərini təlaşa salıb
Yeni mövsüm ərəfəsində Mauro İkardinin həyat yoldaşı Vanda Naradan ayrılması "Qalatasaray" azarkeşlərində bir çox sual doğurub.
Həssas xarakteri ilə seçilən M.İkardinin qol vurmaq bacarığının aşağı düşəcəyindən narahat olan azarkeşlər ulduz futbolçunun sosial şəbəkədəki son paylaşımı ilə daha çox təlaşa düşüblər.
Belə ki, V.Nara yeni mahnısını sosial şəbəkələrdə yaydıqdan sonra M.İkardi gecə yarısı fotoşəkil paylaşıb.
"Qalatasaray"ın məşq prosesindən oturduğu yerdən fotoşəkil paylaşan argentinalı oyunçunun xoşbəxt olmadığı görünür.
Qeyd edək ki, cütlük əvvəllər bir neçə dəfə ayrıldıqdan sonra barışıb.
Mənbə: Medyaradar
Rəylər