Indoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq vulkanı yenidən püskürməyə başlayıb.
Oxu.az mail.ru-ya istinadən xəbər verir ki, vulkanın buraxdığı kül və yanar tüstü buludları 4 km hündürlüyə çatıb. Ətrafda yerləşən kəndlər kül altında qalıb, insanlar üz maskalarında hərəkət edir. Hakimiyyət rəsmən evakuasiya elan etməsə də, insanlar artıq evlərini tərk edir.
E.C.
www.oxu.az