İndoneziyanın Supadi beynəlxalq hava limanının gözləmə zalında tavan uçub.
Oxu.Az xəbər verir ki, hadisənin başvermə anı videomüşahidə kameralarına düşüb.
“Jakarta Globe”nin verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onların hamısına zəruri tibbi yardım göstərilib.
Hava limanının artıq normal iş rejiminə qayıtdığı bildirilir.
N.О.
www.oxu.az