Adətən, avtomobili yeniləmək istəyənlərin qarşısına bir sıra cavablanmalı suallar çıxır. Köhnə avtomobili ən sərfəli şəkildə harada və necə satmalı? Yeni avtomobil alarkən əlavə nə qədər pul xərclənəcək? Bu alqı-satqı prosesi nə qədər vaxt aparacaq?
Hazırda dünyada yayılmaqda olan perspektivli trend bu məsələləri kökündən həll etməyə imkan yaradır. Avtosalonların müştərilərə təklif etdiyi rahat və sərfəli proses “trade-in” adlanır.
“Trade-in” sxemi ilə avtomobil alarkən köhnə avtomobilinizi salona təhvil verirsiniz, yəni bir növ satış həyata keçirilir və yeni avtomobili dəyərinin yalnız müəyyən hissəsini ödəyərək alırsınız.
“Mazda”, “Honda” və “Mitsubishi” də “trade-in”in üstünlüklərini nəzərə alaraq müştəriləri üçün bu sxem üzrə kampaniya hazırlayıb. Yeni kampaniya 2013-2015-ci il buraxılışı olan avtomobilləri əhatə edir.
Beləliklə, “Mazda”, “Honda” və “Mitsubishi” sahibləri yeni avtomobilin dəyərinin 25%-ni ödəməklə 2015-ci ilin avtomobilini, 35%-ni ödəməklə 2014-cü ilin avtomobilini və 45%-ni ödəməklə 2013-cü ilin avtomobilini salona təhvil verib yeni model ilə əvəzləyə bilərlər.
Bununla da həm rahat, həm də qısamüddətli alqı-satqı həyata keçirilir, köhnə avtomobili satmaq üçün əlavə əziyyət çəkməyə ehtiyac qalmır, fırıldaqçılarla qarşılaşmaq ehtimalı azalır, salondan zəmanətli və etibarlı şəkildə yeni avtomobil əldə olunur.
Siz də avtomobilinizi yeniləyərkən “trade-in”in əlverişli şərtlərindən faydalanmaq üçün “Mazda”, “Honda” və “Mitsubishi”nin Bakıdakı 3 dilerinə, həmçinin Gəncə və Lənkərandakı dilerlərə müraciət edə bilərsiniz. Avtomobillər və qiymətlər barədə ətraflı məlumatla saytlarda tanış olmaq mümkündür:
www.mazda.az
www.honda.az
www.mitsubishi-cars.az
U.A.
www.oxu.az