İranın milli “İran Air” aviaşirkəti “Airbus” konserni ilə 46 ədəd “Airbus A320”, “38 - A330” və “16 - A350 XWB” təyyarəsi daxil olmaqla, 100 təyyarə alınmasına dair müqavilə bağlayıb.
Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“İran Air”in bəyanatına görə, imzalanan müqavilənin dəyəri 10 milyard dollar təşkil edir.
“Bu, tarixi sazişdir, həm də yalnız “İran Air”in aviaparkının təzələnməsinə səbəb olacağına görə deyil, bizim hərtərəfli sazişimizə pilotların hazırlığı, aeroportların işinin təşkili və hava hərəkətinin darəsi daxildir. Beləliklə də saziş İranın aviasiya sektorunun modernləşdirilməsində ilk addım olacaq”, - “Airbus”un baş direktoru Fabris Brejye bildirib.
Təyyarələrin tədarükü 2017-ci ilin əvvəlindən həyata keçiriləcək.
21 il sürən embarqodan sonra Tehran “Airbus” ilə 118 təyyarənin alınmasına dair razılıq əldə edib, buna sərf ediləcək məbləğ isə 25 milyard dollardır. Daha sonra məbləğin 25 milyard dollardan 10 milyarda enməsi üçün sazişə A380 təyyarələrinin daxil edilməməsi qərara alınıb.
Ümumilikdə, İran hava parkını yeniləmək məqsədilə 10 il ərzində 500 təyyarə almağı düşünür.
N.O.
www.oxu.az