Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan sərbəst buraxılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “habertürk” məlumat verir.
İstanbulun Bakırköy rayon polisində dindirilib. İfadə verəndən sonra sərbəst buraxılıb.
10:56
Kürdyönümlü Demokratik Xalqlar Partiyasının nümayəndəsi, parlamentin vitse-spikeri Pervin Buldan türk polisi tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-nin bu gün partiyanın mətbuat xidmətindən aldığı məlumatda deyilir.
“Türkiyə parlamentinin vitse-spikeri, bizim deputatımız Pervin Buldan bu səhər qanunsuz olaraq İstanbulda öz evində saxlanılıb”, - məlumatda deyilir.
N.O.
www.oxu.az