Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran-İsrail gərginliyi: Müharibənin astanasında?
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Orta Şərqdə real müharibə təhlükəsi yaradan İran-İsrail münasibətlərindən bəhs olunub.
Qeyd edilib ki, Fələstin-İsrail qarşıdurmasından qaynaqlanan İran-İsrail münaqişəsi uzun illərdir ki, Orta Şərqi dünyanın ən qeyri-sabit regionlarından biri kimi saxlayır:
"Dərin tarixi kökləri olan, siyasi və dini amillərin böyük rol oynadığı bu gərginlik regional və qlobal dinamikaya əhəmiyyətli dərəcədə təsir göstərir. Son vaxtlar iki ölkə arasında hərbi əməliyyatların genişlənməsi geosiyasi mənzərəni daha da mürəkkəbləşdirib".
Həmçinin vurğulanıb ki, üçüncü ölkələrin bu münaqişəyə cəlb olunması riski də artıb:
"Regiona birbaşa və dolayı bağlılığı olan bütün ölkələrin, o cümlədən Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə necə davranacağı, hansı diplomatik manevrlərdən istifadə edəcəyi maraqlıdır".

"İran-İsrail münasibətləri" teqi üzrə xəbərlər
- İsrail-İran qarşıdurması, Ermənistanla sülh: Bayramov və Ləmmi danışıqlar apardılar
- İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?
- İsrail-İran münaqişəsi: Azərbaycan üçün hansı fürsətlər və təhlükələr ola bilər?
- Tarix yenidən yazılır: İran İsraili öz silahı ilə vurur?
- İranda "Səddam Hüseyn ssenarisi" təkrarlanır?